Modern.az

Lütfi Zadə olimpiadasının final nəticələri elan edildi

Lütfi Zadə olimpiadasının final nəticələri elan edildi

Təhsil

5 İyun 2025, 16:52

31 may 2025-ci il tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun nəticələri elan edilib.

Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib.

Şagirdlər öz nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçtu vasitəsilə qəbul edilir.

Kitabçalar:

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (Azərbaycan bölməsi)

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (rus bölməsi)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi