Modern.az

Təmas xəttində monitorinq keçiriləcək

Təmas xəttində monitorinq keçiriləcək

17 Fevral 2014, 10:29

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU