Modern.az

300 bal toplayan şagird - O, həm də bürünc medal qazanıbmış - FOTO

300 bal toplayan şagird - O, həm də bürünc medal qazanıbmış - FOTO

Təhsil

5 İyun 2025, 22:57

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrini elan edib.

İmtahan iştirakçıları arasında 9 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Onlardan biri Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Abdullayev Şaiq Namiq oğludur.

Təhsil aldığı məktəbdən Modern.az-a bildirilib ki, bu, Natiqin ilk uğuru deyil.

Belə ki, o, Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə bu il bürünc medal da qazanıb.

A.Qorxmaz

 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi