Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin lX sinif şagirdi Əhmədov Emil Babək oğlu 27.04.2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə - 300 bal toplayıb.
Modern.az xəbər verir ki, adıçəkilən məktəb sosial şəbəkədə rekordçu şagirdin şəklini paylaşıb.
Qeyd edilib ki, Emil məktəbin ən fəal şagirdlərindən biridir. O, aprel ayında "Əlaçı" televiziya proqramında iştirak hüququ qazanıb.