Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyat sabah başa çatır.
Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, imtahan üçün indiyədək 60 minə yaxın abituriyent qeydiyyatdan keçib.
Ən çox qeydiyyat I və III qruplardadır.
Qeyd edək ki, qəbul imtahanlarının ikinci cəhdi II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyul tarixində keçiriləcək. Coğrafiya fənni üzrə əlavə imtahan da 13 iyul tarixində təşkil olunacaq.
İxtisas qrupları üzrə qeydiyyatdan keçənlərin sayı aşağıdakı kimidir: