Modern.az

Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI

Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI

Təhsil

7 İyun 2025, 11:27

Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb.

Modern.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəllimi özünə təmtəraqlı tədbir təşkil edib.

Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən "oxu.az"a faktla bağlı araşdırma aparıldığı bildirilib.

Görüntüləri təqdim edirik:

 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi