Modern.az

Müsavatda İsa Qəmbərdən sonra müavinlər də gedə bilər

Müsavatda İsa Qəmbərdən sonra müavinlər də gedə bilər

17 Fevral 2014, 12:44


“Müsavat Partiyasının başqanlığına namizədlər çoxdur. Amma daha çox 3-4 namizədin adı hallanır, yəqin ki, hərəsinin özünə uyğun təklifləri, yanaşmaları, ideyaları var. İndidən nəyisə demək tezdir. Bəlli məsələdir ki, başqanlığa iddialıların təklifləri olacaq. Ola bilsin elə namizəd başqan seçilsin ki, nəyisə dəyişməsin. Bütün bunları zaman göstərəcək”.

Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, partiyada 20 ildən sonra başqan dəyişirsə, istər müsbət, istərsə də mənfi mənada dəyişikliklərin olması qaçılmazdır: “Bu, istənilən təşkilatda belə olur. Ehtimal etmək olar ki, yeni başqan seçilsə, müavinlər arasında da dəyişliklik baş versin. Çünki başqanlığa namizədlər arasında da müavinlər var. Onların özlərinin yanaşmaları mövcuddur. Yeni başqan seçilərsə, inanmıram, İsa Qəmbərin indiki müavinləri öz postlarında qalsınlar. Ola bilər, yeni başqan onları saxlamaq istəyəcək, amma bilinmir, onlar yeni başqanı qəbul edəcəklər, ya yox”.

Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırıb.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU