Modern.az

Hədiyyələri hörmətsizlik olmasın deyə qəbul etdim - Videosu yayılan müəllim DANIŞDI

Hədiyyələri hörmətsizlik olmasın deyə qəbul etdim - Videosu yayılan müəllim DANIŞDI

Təhsil

7 İyun 2025, 21:06

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb. 

 

Modern.az “Teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddalara cavab verib. 

 

O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.

 

“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi