Gürcüstanın keçmiş baş naziri Vano Merabişviliyə beş il həbs cəzası verilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq nazir korrupsiya, vəzifədən sui-istifadə halları maddəsi ilə Kutaisi məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib. Eks baş nazir isə qərara qarşı çıxaraq “Mən yeni Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən təzyiqləri qurbanıyam”-deyib. V. Merabişvilinin vəkilləri isə bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, Merabişvili Saakaşvilli hakimiyyəti zamanında qısa bir müddət ərzində (2012-ci ilin 5 iyulundan həmin ilin 25 oktyabrına qədər) baş nazir postunu tutub. Keçmiş nazirə 2013-cü ilin 21 mayında korrupsiya ittihamı ilə cinayət işi başlanıb.
Aqşin Kərimov