Modern.az

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Təhsil

10 İyun 2025, 10:24

Son həftələr Bakının bəzi məktəblərində direktorların işdən çıxarılması barədə rəsmi xəbərlər yayılıb. Onların yerinə təyinat hələlik baş tutmayıb.

Bakıda, eləcə də regionlarda onlarla məktəb direktorsuz fəaliyyət göstərir. Belə olan halda direktorsuz məktəblərdə attestatlarının imzalanması kimlərin üzərindədir? Yəni kimlərin imza səlahiyyəti var? Belə bir məqam necə tənzimlənir?

Modern.az xəbər verir ki, AzEdu.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

MÜTDA-dan bildirilib ki, direktoru olmayan ümumi təhsil müəssisələrində attestatların imzalanması direktor səlahiyyətlərninin müvəqqəti icrasının həvalə edildiyi şəxs tərəfindən həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...