Modern.az

Gəncə Kollecində nə baş verir? - Rəsmi CAVAB

Gəncə Kollecində nə baş verir? - Rəsmi CAVAB

Təhsil

10 İyun 2025, 14:11

Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecindən yalnız bir nəfər işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunub.

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib:

"Əmək haqqı və əlavələrdə hər hansı dəyişikliklə bağlı isə məlumatlı deyilik. Dəyişikliyin yeni tədris ilindən qəbul edilməsi mümkün ola bilər", - qurumdan verilən açıqlamada deyilir.

Xatırladaq ki, Kollecin müəllim heyəti "Teleqraf"a bildirib ki, yeni təyin olunan direktor Xoşqədəm Xudiyeva iki müəllimi - Saida Talıbova, Məlahət Əsgərovanı işdən azad edib. Həmçinin iddia edilir ki, rəhbərliyə yaxın olan şəxslərə 150-200 manat əlavə maaş yazılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir