Modern.az

İlhamiyyə Rza 125-lər siyasi klubunun sədri seçilib

İlhamiyyə Rza 125-lər siyasi klubunun sədri seçilib

17 Fevral 2014, 17:10
Fevralın 14-də 125-lər siyasi klubu təsis edilib. Modern.az-a verilən məlumata görə, klubun əksər təşəbbüskarlarının iştirakı ilə keçirilən təsis toplantısında yeni yaranmış bu qurumun əsasnaməsi təsdiq edilib, bəyannaməsi səsləndirilib və imzalanıb. Təsis yığıncağında həmçinin, 125-lər siyasi klubunun strukturu və rəhbər orqanları müəyyən edilib. Əsasnaməyə uyğun olaraq, gizli səsvermə yolu ilə sədr və müavinlər seçilib.

Beləliklə, klubun sədri tanınmış jurnalist İlhamiyyə Rza, müavinlər isə ictimai və peşə fəaliyyətləri ilə tanınan Anar Qasımlı, Günel Səfərova, Xalisə Şahverdi və Üzeyir Cəfərov seçilib. Növbəti mərhələdə klubun ictimaiyyətə təqdimat mərasimi nəzərdə tutulub.

Xatırladaq ki, klubun  üzvləri 2015-ci il parlament seçkilərində  iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU