Modern.az

Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümü qeyd ediləcək

Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümü qeyd ediləcək

17 Fevral 2014, 23:55

Qardaş Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır. Paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul şəhərində, Uşak vilayətində və digər bölgələrdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq.
Milli Məclisin deputatları həmin tədbirlərdə yaxından iştirak edəcəklər. Bu məqsədlə Elman Məmmədov və Aqil Abbas fevralın 18-dən 27-dək İstanbul şəhərində olacaq, nüfuzlu elm və təhsil ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma mərasimlərinə qatılacaqlar.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov isə fevralın 24-dən 27-dək Ankarada səfərdə olacaqlar. Deputatlar tədbirlərdə Xocalı faciəsi barədə ətraflı məlumat verəcək, XX əsrin bu dəhşətli qətliamına dair sənədləri nümayiş etdirəcək, mövcud faktları bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdıracaqlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU