Müəllimlərin serifikatlaşdırılması prosesinə tam hazırıq.
Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində deyib.
“Ümumilikdə 44 sertifikatlaşdırma mərkəzimiz var. Hər il mərkəzlərin sayı artırılır. Bu ildən etibarən Naxçıvanda da mərkəzimiz fəaliyyət göstərəcək. Həmçinin şimal və cənub bölgələrində də mərkəzlərimiz fəaliyyətə başlayıb”, - o bildirib