Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 3-cü nömrəsini təqdim edib.
Modern.az xəbər verir ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" dərc edilib.
Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları təqdim edilib.
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal