Modern.az

Cəmiyyət müəllimə həddindən artıq yüklənib - Deputat

Cəmiyyət müəllimə həddindən artıq yüklənib - Deputat

Təhsil

11 İyun 2025, 15:34

Son günlər davamlı olaraq Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar gedir. Bölgələrdən birində müəllimə üzük bağışlanması hadisəsi olub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliyin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, müəllim qaydalara, qanuna əməl etməlidir:

"Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar. Müəllim qaydalara uyğun davranmalıdır, rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi? Bir müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır. Hazırkı dönəmdə bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib. Müəllim rüşvət ala bilməz, qaydalara əməl etməlidir və s. Davamlı olaraq, müəllimin hədəfə alınması, müəllim tədris prosesindəki fəaliyyətinə, onun psixoloji durumuna ciddi təsir edir. Son hadisə göstərdi ki, müəyyən təşəbbüslər valideynlər tərəfindən olur. Valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum