Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahı ilə yaşadığı keçmiş həyat yoldaşı Valeri Trierveyler onun şəkillərini çap edən “Closer” jurnalına qarşı iddia qaldırıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş birinci ledi iddiasında jurnaldan 55 min avro tələb edir. İddiaçı qeyd edib ki, onun çimərlikdə çimərlik geyimi ilə çəkilən fotolarını jurnalın çap etməsi şəxsi həyatına müdaxilədir. Xatırladaq ki, bir ay əvvəl “Closer” jurnalı prezident Ollandın aktrisa Jyuli Qaye ilə sevişdiyini yazıb. Bundan sonra 59 yaşlı prezident 2007-ci ildən bir yerdə olduğu Trierveylerlə münasibətinin pozulduğunu elan edib.
Modern.az