II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Fuad rus bölməsi üzrə təhsil alıb.
Modern.az xəbər verir ki, AzEdu.az abituriyentin təəssüratlarını bölüşmək üçün onunla əlaqə saxlayıb:
“Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək olacağını düşünməmişdim. Özüm bildikdən sonra valideynlərimə xəbər verdim. Onlar da mənim kimi bu nəticəyə çox sevindilər.
Təhsilimi BANM-da almağı planlayıram. Dəqiq qərara gəlməsəm də, maliyyə, biznesin idarə edilməsi ixtisaslarını seçməyi düşünürəm”.