Modern.az

İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB

İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB

Təhsil

12 İyun 2025, 00:53

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərin imtahan suallarının tədris proqramına uyğun olmaması ilə bağlı iddialarına münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, "Baku Tv"yə müsahibəsində danışıb.

"Abituriyentlər bunu demirlər. Bu fikirləri daha çox kurs rəhbərləri və bəzi müəllimlər səsləndirirlər. Ola bilsin ki, onlar tədris proqramı və kurikulumla tam tanış deyillər. Tədris proqramı dedikdə, mövcud dərsliklər və təsdiqlənmiş kurikulum nəzərdə tutulur. Bizim hazırladığımız imtahan sualları da məhz bu baza əsasında formalaşır. Heç bir sual tədris proqramından kənar verilmir", - Məleykə Abbaszadə qeyd edib.

O, müəllimlərin təcrübəsinin artırılması, elmi və metodiki biliklərinin yenilənməsi üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığın vacibliyini də vurğulayıb.

DİM sədri bildirib ki, elmi müzakirələr üçün həmişə açıq seminarlar təşkil olunur. Bu il də seminarların canlı formatda keçirilməsi üçün elan verilib və 165 nəfər qeydiyyatdan keçib:

"Bu, kifayət qədər yaxşı rəqəmdir və onların əksəriyyəti məktəb müəllimləridir. Amma özünü ekspert kimi təqdim edən şəxslərin çox az hissəsi həmin müzakirələrdə iştirak üçün qeydiyyatdan keçib. Buyursunlar, meydan buradadır, gəlib elmi müzakirələrdə iştirak etsinlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum