Modern.az

Bakı məktəbində attestat pulla verilir? - VİDEO

Bakı məktəbində attestat pulla verilir? - VİDEO

Təhsil

12 İyun 2025, 07:11

Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunur.

Modern.az xəbər verir ki, bu iddia ilə valideynlərdən biri çıxış edib.

Rövşən Zeynallı deyir ki, övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Valideynin iddiasına görə, qızının sinif rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

Həmin sinfin şagirdləri də iddiaların doğru olduğunu bildirirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Əlavə edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bir neçə gün öncə elə bu mövzu ilə bağlı rəsmi açıqlama yayaraq bildirmişdi ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranın baş qərargah rəisi ö*ldürüldü - Xamenei qisas alınacaq dedi