Modern.az

Heydər Əsədov İsrailə gedir

Heydər Əsədov İsrailə gedir

18 Fevral 2014, 11:26

Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün İsrailə səfər edəcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, H. Əsədov rəhbərlik etdiyi nümayəndə heyəti İsrail dövlətinə rəsmi səfər edəcək. Səfərin məqsədi İsraillə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və aqrar sahədə qazandığı təcrübə ilə tanış olmaqdır.

Nümayəndə heyəti İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi, dövlət dəstəyi siyasəti və metodlarını, “Şfayim”dəki Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Təlim Mərkəzi (CİNADCO), “Qaviş Nəzarət Sistemləri”, istixanalar üçün proqram təminatı və nəzarət sistemləri,“Azrom Kənd Təsərrüfatı İnnovasiyaları”, istixanaların tərtibatı, hazırlanması, tikintisi və onlara qulluq,“Hazera Genetiks”, tərəvəzlərin və tarla bitkilərinin hibrid toxumlarının yetişdirilməsi, istehsalı və satışı, “EmeqHa'elaEggs” quşçuluq müəssisəsi ilə tanış olacaq və Kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU