Modern.az

Bizi imtahana hazırlayan dərslik, ya test toplularıdır? - DİM-dən reaksiya

Bizi imtahana hazırlayan dərslik, ya test toplularıdır? - DİM-dən reaksiya

Təhsil

12 İyun 2025, 14:31

“Kurs rəhbərləri, müəllimlər tədris proqramlarında, kurikulumdan tam məlumatlı olmadığı üçün düşünürlər ki, dərsliklərlə imtahan sualları üst-üstə düşmür”.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahana düşən sualların çətinliyi və uyğunsuzluğu ilə bağlı suallara cavab verərəkən deyib.

M. Abbaszadə bildirib ki, mövcud dərsliklər və real təsdiqlənmiş kurikulumlar əsasında dərslik proqramı yaradılır. Heç bir sual bu proqramdan kənar verilmir:

“Biz verdiyimiz suallar düşünməyə, təhlil etməyə, səbəb-nəticə əlaqələrini tapmağa yönəlib. Bu sualları cavablandırmaq üçün mətni oxumalı və verilən faktı suallara cavab vermək üçün düşünmək tələb olunur. Bəli, dərslikdə bu yoxdur. Dərslikdə tapşırıqlar var, amma hansı imtahanda dərslikdə olan sual təkrarlanmalıdır? Dərslikdə bənzər tip suallar olmalıdır. Bu baxımdan da bəzi dərsliklərdə bu cür tapşırıqlar var, bəzilərində isə olmaya bilir”. 

DİM sədri vurğulayıb ki, kurikulumun tələbi bütün fənnlərə aiddir və bu cür suallara hanısa abituriyentlər cavab verməyə çətinlik çəkməsinin səbəbi dərslikdə həmin tip tapşırıqları yerinə yetirməməsidir. 

M. Abbaszadənin sözlərinə görə bu problemin qarşısını almaq üçün Dövlət İmtahanı Mərkəzi tərəfindən də test topluları nəşr edilir və bu şagirdləri birbaşa olaraq imtahana hazırlayır. 

“Bu istiqamətdə çalışırıq ki, abituriyentlərə köməklik edək. Həm model tipli testlərimiz olur, hansı ki, orada imtahan suallarının necə olacağı ilə bağlı nümunə olur. Həm də müəyyən toplular əvvəlcədən nəşr edib buraxırıq və biz 1-2 il əvvəl toplulara yeni nümunələr salırıq ki, artıq 8-9-cu sinifdə olanda bu tip tapşırıqlarla şagirdlər tanış olsun, onları həll etməyə öyrənsin ki, 11-ci sinifə çatanda ola bilər ki, o suallar imtahanda onun qarşısına çıxsın” – deyə Məleykə Abbaszadə Baku Tv-ə müsahibəsində bildirib. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı