“Mənə məhkəmədən bildiriş gəlməyib”. Bunu
Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin onunla bağlı məhkəməyə müraciətindən danışarkən deyib. E.Quliyev “Əli Əliyevin bu cür addımlarından sonra Milli Şuradan sizə dəstək gəldimi” sualına belə cavab verib: “Bu məsələ ilə bağlı Milli Şuradan mənə hər hansı dəstək gəlməyib. Heç gözləmirəm də. Biz bu məsələni Milli Şuranı müdafiə edərək gözə almışıq. Bunu Milli Şuranın üzvləri cavablandırmalıdırlar”.
Qeyd edək ki, fevralın 17-də VİP sədri Əli Əliyev Eldəniz Quliyevlə bağlı məhkəməyə müraciət edib. Onun iddiasına görə, E.Quliyev onu və partiya funksionerlərini təhqir edib.
İlkin