Modern.az

BMU-da 39 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı

BMU-da 39 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı

Təhsil

13 İyun 2025, 10:48

2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə (BMU) sənəd qəbulu ümumilikdə 39 ixtisas üzrə aparılır. 

Modern.az xəbər verir ki, qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir //beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/

Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az  elektron portalı vasitəsilə aparılır. 

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri portala yükləyərək müraciət göndərməlidir:

-  ali təhsil haqqında sənəd (diplom və ona əlavə pdf, jpg formatında);

- xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (pdf, jpg formatında).

Qeyd edək ki, təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərdən yenidən imtahan götürülmür. Onlarla müsahibə aparılır və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur