Modern.az

Xədicə İsmayılova ”casus qalmaqalı”na görə Baş Prokurorluğa çağırıldı

Xədicə İsmayılova ”casus qalmaqalı”na görə Baş Prokurorluğa çağırıldı

Təhsil

18 Fevral 2014, 13:47

Respublika Prokurorluğu bir neçə gündür mediada ciddi müzakirə olunan “casus qalmaqalı” məsləsi üzrə cinayət işi açıb. Bunu haqqında “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə yazılan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova bildirib.

“Baş Prokurorluqdan zəng elədilər. Cinayət işi açıblar. İki məsələ məni xeyli əyləndirdi:
1. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq deyir, sənəd yaymışam Facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi bu barədə söhbət edərik.
2. Məni şahid qismində dəvət eləyirlər. Dedim rəsmən çağırış vərəqəsi göndərin. Dedilər ünvanı deyin. Dedim sizə çoxlu şikayət yazmışam özümə qarşı cinayətlərin Bakı şəhər prokurorluğunda araşdırılmaması ilə bağlı. Ünvanım var sizdə. Xoşuna gəlmədi. Dedi niyə belə aqressivsiz. Dedim, əsla aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdu, boş-boş işlərlə məşğul olursuz, onda bu işi də görün, bir zəhmət. Mobil telefonumu bilirlər, ünvanımı bilmirlər”-deyə X.İsmayılova özünün Facebook profilində yazıb.

Xatırladaq ki, jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə yazıb. O, yazısında ötən ay ABŞ Senatı aparatının iki əməkdaşı - Con Zadrozni ilə Daniel Vajdiçinin Bakıya gəldiyini və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovayla ölkədəki ictimai-siyasi durumu müzakirə etdiklərini qeyd edib. E.Fətullayev yazısında X.İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı təqdim etdiyini göstərib. Siyahıda göstərilən şəxslərin hakimiyyətə işlədiyi iddia olunur.

Jurnalist Xədicə İsmayılova Facebook səhifəsində 17 fevral 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən bir sənəd yerləşdirmişdi. Sonradan sənəd Facebook-dan silinsə də, onu mediada yaymışdılar.
Baş Prokurorluq da cinayət işini bu sənədin yayılmasına görə açıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU