Modern.az

Qapadılmış “Ekstrasens” in aparıcısı: “Kimin məndə nə işi var ki?”

Qapadılmış “Ekstrasens” in aparıcısı: “Kimin məndə nə işi var ki?”

Təhsil

18 Fevral 2014, 13:54


“Bu məlumatları kim yayır, bilmirəm. Mən indi işə gedirəm. Neçə ildir ki, “Lider”  TV-də çalışıram. Kimin məndə nə işi var ki? Tamamilə yalan məlumatdır”.

Bunu Modern.az-a açıqlamasında “Ekstrasens” verilişinin aparıcısı Zabir Əliyev deyib.

Qeyd edək ki, “Lider” TV-də ciddi dəyişikliklər aparıldığı barədə məlumatlar yayılıb. Aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib. Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" "TetATet" kimi şou xarakterli verilişlər ləğv edilib.
Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.

Lider TV-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sabah telekanaldakı islahatlar barədə geniş məlumat veriləcək.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU