Modern.az

“Böyük İpək Yolu” Gənc Şairələrin ikinci Beynəlxalq Forumunu keçirəcək –XƏBƏR

“Böyük İpək Yolu” Gənc Şairələrin ikinci Beynəlxalq Forumunu keçirəcək –XƏBƏR

Təhsil

18 Fevral 2014, 14:25

7-9 mart tarixində Bakıda «Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılğı ilə “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçiriləcək. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Artıq Forumda iştirak edəcək 30 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılacaq.

Qeyd edək ki, “Böyük İpək Yolu” BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci  Beynəlxalq Forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olmuş Forumda  Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edib. “Böyük İpək  Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “ən yaxşı layihə” mükafatını alıb.

 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU