Modern.az

Mədəniyyət Nazirliyi “Sovetski”dəki ev-muzeylərin aqibətindən xəbərsizdir

Mədəniyyət Nazirliyi “Sovetski”dəki ev-muzeylərin aqibətindən xəbərsizdir

Təhsil

18 Fevral 2014, 14:28

Bakının Baş Planına əsasən sökülən “Sovetski” ərazisində Azərbaycanın bir çox ədəbi xadimləri də yaşayıb. Köhnə Bakının bu məhəlləsində Asəf Zeynallı, Süleyman Tağızadə, Üzeyir Hacıbəyli, Abdulla Şaiq və başqa tanınmışların ev-muzeyləri, yaxud tanıtım lövhələri var. Söküntü zamanı bu evlərin aqibəti necə olacaq?

Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bu işin məhz Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olduğunu və bu səbəbdən təmsil etdiyi quruma heç bir müraciətin daxil olmadığını bildirib.
 
Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü Zöhrə Əliyeva isə məsələni yerli icra orqanlarından soruşulmasının məqbulluğunu söyləsə də, yenə müəyyən məqamlarla bağlı nazirliyin fikir bildirəcəyini vurğuladı:
“Təbii ki, biz də bu barədə məlumatı dəqiqləşdirəcəyik və burada nazirliyin görəcəyi iş var. Amma bu haqda açıqlama yerli İcra Hakimiyətindən alınması daha məqbuldur. Hər halda əgər orada ədəbi-mədəni xadimlərə aid ev muzeyi olsa idi, bunu mütləq bilərdik”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU