Modern.az

1.7 milyondan çox şagird yay tətilinə çıxır

1.7 milyondan çox şagird yay tətilinə çıxır

Təhsil

14 İyun 2025, 09:48

İyunun 14-də ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.

Modern.az xəbər verir ki, 2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

Bu il həmçinin 158 539 nəfər IX sinfi, 134 600 nəfər isə birinci sinfi bitirir. 

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 732  uşaq təhsil alıb.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU