Modern.az

Xədicə İsmayılova bu gün prokurorluqda ifadə verəcək

Xədicə İsmayılova bu gün prokurorluqda ifadə verəcək

Təhsil

18 Fevral 2014, 16:19


Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanı bu gün ifadə verməyə çağırıb. Bu barədə jurnalistin özü məlumat verib:

“Ağır Cİnayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən birinci dərəcəli hüquqşünas Sənan Paşayevin imzası ilə çağırış vərəqəsi gəldi. Saat 16-00 Azadlıq Prospekti 22-də olmağımı istəyirlər. Ardınca müstəntiq zəng eləyib. Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim.
Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur”.

X.İsmayılova bildirb ki, saat 18.30-da ifadə verməyə gedəcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, Xədicə İsmayılovanın öz Facebook səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar cinayət işi açılıb. Cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə başlanıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU