Modern.az

Bu tarixdən məktəbəhazırlıq qruplarına qəbul başlayır

Bu tarixdən məktəbəhazırlıq qruplarına qəbul başlayır

Təhsil

14 İyun 2025, 11:04

İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Modern.az xəbər verir ki, 21 iyun 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Qeyd edim ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək. 

Məktəbə hazırlıq qruplarının təşkili  uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU