Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə " Son zəng" tədbiri keçirilib.
Modern.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Məzun günündə həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən “Son zəng” tədbiri də qeyd olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Qeyd edək ki, bu il Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.