Modern.az

Bakı məktəblərində “Son zəng”

Bakı məktəblərində “Son zəng”

Təhsil

14 İyun 2025, 16:37

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, yerli icra hakimiyyətlərinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 33 min 517 şagird başa vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU