Ukrayna paytaxtında etiraz aksiyası keçirənlərlə güc strukturları arasında fevralın 18-dən başlayan qarşıdurma davam edir. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, Ukraynanın Səhiyyə Nazirliyi qarşıdurmalar zamanı 200-dən çox adamın müxtəlif xəsarətlər aldığını, onların 100-dən çoxunun xəstəxanalara yerləşdirildiyini, ən azı 27 nəfərin öldüyünü xəbər verib.
Ukrayna prezidenti Viktor Yanukoviç isə müxalifətin sərhədləri aşdığını, insanları silaha sarılmağa çağırdıqlarını bəyan edərək, müxalifət liderlərinin buna görə məhkəmədə cavab verəcəkləri ilə hədələyib.
Modern.az