Modern.az

Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB

Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB

Təhsil

17 İyun 2025, 14:58

Sertifikasiya sualları müəllimlər şagirdlərə keçməli olduğu fənnin səviyyəsinə görədir. 

Modern.az-ın məlumatına görə, bu barədə sertifikasiya ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.

"Biz fizika müəlliminə fizika elmindən yox, fizika fənnindən şagirdə dərs deməli olduğu səviyyədə suallar veririk", - o qeyd edib.

Direktor müavini əlavə edib ki, müəllimlərin sertifikasiya imtahanında istifadə edilən suallar hər il daha da çətinləşdirilmir: "Bütün suallar üç kateqoriyada - asan, orta, çətin səviyyədə verilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı