Modern.az

Lisey və gimnaziyaların qəbul imtahanlarına qeydiyyat başa çatır

Lisey və gimnaziyaların qəbul imtahanlarına qeydiyyat başa çatır

17 İyun 2025, 15:14

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, qəbul prosesi mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına son 3 gün qalıb.

Təhsil İnstitutundan Modern.az-a verilən məlumata görə, qeydiyyat 20 iyun saat 12:00-da başa çatacaq.

Qeydiyyat Şagirdlərin Elektron Yerdəyişmə Portalı – //sy.edu.az vasitəsilə həyata keçirilir.

Əlavə məlumat və texniki dəstək üçün //sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?