Modern.az

Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

Təhsil

17 İyun 2025, 15:50

“İstedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi dövlətimizin hər zaman prioritet məsələlərindən biri olub. Bu istiqamətdə bölgələrdə yeni lisey və gimnaziyaların açılması nəzərdə tutulub”.

Modern.az xəbər verir ki, bunu “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Firudin Qurbanov hər il müsabiqə və olimpiadalarda iştirak edən şagirdlərin sayının artdığını, onların göstərdikləri nəticələrin yüksəldiyini də xüsusi vurğulayıb.

O, Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən lisey və gimnaziyaların bu uşaqların yetişməsində böyük rolunun olduğunu nəzərə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı