Modern.az

TQDK xəbərdarlıq etdi: “Ərizə qəbulunun son günüdür”

TQDK xəbərdarlıq etdi: “Ərizə qəbulunun son günüdür”

Təhsil

19 Fevral 2014, 13:38

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya və rezidenturaya sənəd verənlərə xəbərdarlıq edib. TQDK-dan Modern.az-a verilən məlumata görə, magistratura və rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başa çatmasına 1 gün qalır.
“Cari tədris ili üçün magistratura və rezidentura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu davam edir. 19 fevral saat 11:00-a a qədər magistraturaya 17276 nəfər , rezidenturaya isə 1071 namizəd ərizə veriblər.

Xatırladırıq ki, qeyd olunan imtahanlarda iştirak etmək istəyən şəxslər üçün ərizə qəbulunun vaxtı fevralın 20-də başa çatacaq”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU