“Dünən özünü yandıran qadın Şəfiqə Quliyeva 79 yaşındadır. Deyilənə görə, ailə münaqişəsi zəminində baş verən narazılıqla bağlı özünü yandırıb. Hazırda reanimasiyadadır. Vəziyyəti çox ağırdır. Bədəninin 65 faizi yanıb. Demək olar ki, tənəffüs yolları tamamilə yanıb. Yaşı çox olduğundan da toparlanması çox çətindir. Ümidvverici bir şey deyə bilməyəcəyəm”.
Bunu Modern.az-a açıqlamasında 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov dünən üzərinə neft təkərək, özünü yandıran qadın haqda danışarkən dedi.
Həkim bildirdi ki, qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandıran Kürdəmir rayonunun Topalhəsənli kənd sakini, Rahim Abdullayevin vəziyyəti yavaş-yavaş yaxşıya doğru gedir”.
Gülşən Raufqızı