Modern.az

Təhsil Nazirliyi: “Azərbaycanda müəllim ixtisası üzrə qəbul planı azaldılıb”

Təhsil Nazirliyi: “Azərbaycanda müəllim ixtisası üzrə qəbul planı azaldılıb”

Təhsil

19 Fevral 2014, 15:13

“2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb”. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov deyib.

Baş məsləhətçi qeyd edib ki, bu ildən ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq. “Növbəti tədris ili üçün Ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb. Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb””.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU