Modern.az

Bu ölkədə məktəbəqədər hazırlıq sinifləri ləğv olunur

Bu ölkədə məktəbəqədər hazırlıq sinifləri ləğv olunur

Təhsil

19 İyun 2025, 08:32

İsveç Parlamenti 10 illik ibtidai təhsil sisteminə keçidi nəzərdə tutan qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu qərara əsasən, 2026-cı ildən etibarən məktəbəqədər hazırlıq sinfi ləğv ediləcək və vahid ümumtəhsil sistemi çərçivəsində birinci siniflə əvəz olunacaq.

 

İsveçin təhsil naziri Lotta Edholm bildirib ki, islahatın məqsədi daha bütöv və bərabərhüquqlu məktəb sistemi qurmaqdır. Onun sözlərinə görə, hazırda hazırlıq siniflərində uşaqların hazırlıq səviyyəsində ciddi fərqlər müşahidə olunur və bu da birinci sinifdən bərabərsizliyə səbəb olur.

 

Müxalifət yönümlü Sosial Demokratlar Partiyası islahatı dəstəkləsə də, tədrisdə oyun metodlarının qorunmasının və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayır. Onlar həmçinin tələb edirlər ki, ibtidai siniflərdə dərs keçmək üçün pedaqoji təhsili olmayan müəllimlər üçün əlavə təlimlər keçirilsin.

 

2023-cü ilin məlumatına görə, müəllimlərin yalnız 35 faizi oxu, yazı və hesab üzrə ixtisasartırma kurslarını bitirib.

 

Ekspertlər isə xəbərdarlıq edirlər ki, daha akademik yanaşmaya keçidlə erkən tədris mərhələsində mühüm pedoqoji elementi olan oyunlar itirilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu