Modern.az

Rektor: “Tələbə köçürülməsinə icazə verilməsinin nəticəsi müsbət olacaq”

Rektor: “Tələbə köçürülməsinə icazə verilməsinin nəticəsi müsbət olacaq”

Təhsil

19 Fevral 2014, 15:38

“Azərbaycan “Boloniya prosesi”nə qoşulub. Buna görə də biz bütün qanunvericilik bazamızı “Boloniya” sisteminin bütün şərtlərinə uyğunlaşdırıb qurmalıyıq. Hesab edirəm ki, atılan addım bu istiqamətdə fəaliyyətin tənzimlənməsinə yönəlib. Ona görə düşünürəm ki, bu, öz müsbət nəticələrini verəcək”.

Bunu Modern.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev ali məktəblərdə təhsil alanların köçürülməsinə rəsmi icazə verilməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir təhsil müəssisəsindən digərinə keçid zamanı tələbə ödənişsiz əsaslarla oxuyursa, keçdiyi universitetdə avtomatik olaraq ödənişli əsaslarla təhsil alacaq. Ə.Vəliyev hesab edir ki, bu təbii bir prosesdir:

“Əgər tələbə dövlət hesabına oxuduğu halda, ixtisasını dəyişirsə, təbii ki, öz hesabına oxumalıdır. Bu dünyanın hər yerində belədir. Qəbul olduğu ixtisasda maliyyələşmə dövlət tərəfindən aparılması nəzərdə tutulursa, tələbə bu və ya digər səbəbdən ixtisasını dəyişmək istədikdə, ödənişli əsaslarla təhsil almalıdır. Bu, əvvəl də belə idi. Ödənişsiz əsaslarla oxuyan tələbə başqa bir universitetə keçəndə orada ödənişli əsaslarla oxuyurdu. Əvvəl belə idi: iki universitet arasında razılıq əsasında bir təhsil müəssisəsindən başqa bir təhsil müəssisəsinə keçirilirdi. İndi isə qanunda göstərilir ki, Təhsil Nazirliyinin və təhsil komissiyasının razılığı əsasında bir təhsil müəssisəsindən digərinə razılıq əsasında köçürülür. Bu istəyin səbəbləri aydınlaşdırıldıqdan sonra razılıq verilir”.

 

 

 

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU