Modern.az

400 bal toplayan şagird - Mühəndis olmaq istəyirəm 

400 bal toplayan şagird - Mühəndis olmaq istəyirəm 

Təhsil

19 İyun 2025, 11:58

Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli orta məktəbin məzunu Mirağa Əliyev I ixtisas qrupu üzrə ən yüksək nəticəni - 400 bal toplayıb.

Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı ilə təəssüratını bölüşən M.Əliyev bildirib ki, neft-qaz mühəndisi olmaq istəyir:

"400 bal toplayacağımı gözləyirdim. Cavablarımı yoxladıqda artıq 400 bal olduğuna əmin oldum. I ixtisas qrupu üzrə “Neft-qaz mühəndisi” ixtisasına hazırlaşıram. Daha əvvəl şahmat üzrə yarışlarda uğurlarım olub. Bu il isə Respublika fənn olimpiadasının fizika fənni üzrə final mərhələsində iştirak etmişəm. Abituriyentlərə tövsiyəm odur ki, sadəcə özləri üçün hədəf qoysunlar və bu hədəf üzrə çox çalışsınlar".

Qeyd edək ki, cari ildə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər göstərib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR