Modern.az

Sertifikasiyada 60 bal toplayan müəllim müharibə iştirakçısıdır - YENİLƏNİB

Sertifikasiyada 60 bal toplayan müəllim müharibə iştirakçısıdır - YENİLƏNİB

Təhsil

19 İyun 2025, 19:57

Bu gün keçirilən sertifikatlaşdırmada 60 bal toplayan Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin müəllimi Rəvan İmanov eyni zamanda Vətən müharibəsi iştirakçısıdır. 

Modern.az xəbər verir ki, Cəlilabad rayonundan olan Rəvan İmanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsində təhsil alıb. O, könüllü olaraq Vətən müharibəsinə qatılıb. Xidmətlərinə görə, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 

2020-ci ildə MİQ imtahanlarında mümkün 60 baldan 56 bal toplayaraq Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Rəvan müəllim bugünkü imtahanla bağlı təəssüratlarını bölüşüb:

“İmtahan tam şəffaf və yaxşı təşkil olunmuşdu. Öz üzərində işləyən müəllim üçün heç bir imtahan çətin deyil. Suallar müxtəlif səviyyələrdə tərtib olunmuşdu. Hesab edirəm ki, sertifikatlaşdırmanın faydası böyükdür. Bu proses müəllimləri daim axtarışda olmağa, yeni biliklər əldə etməyə sövq edir”.

***

14:56

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırma imtahanında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə növbəti 60 ballıq nəticə qeydə alınıb.

Modern.az xəbər verir ki, Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəvan İmanov da 60 bal toplamaqla maksimum nəticəyə imza atıb.

Xatırladaq ki, bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahanda 4228 nəfər müəllim iştirak edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!