Modern.az

Sertifikatlaşdırmada yüksək bal yığanlara ŞAD XƏBƏR

Sertifikatlaşdırmada yüksək bal yığanlara ŞAD XƏBƏR

Təhsil

19 İyun 2025, 15:52

"Sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir".

Modern.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır:

"Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodik xidmətə cəlb olunacaqlar".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!