Modern.az

Bu il Pedaqoji Universitetdən neçə tələbə məzun olur? - AÇIQLANDI

Bu il Pedaqoji Universitetdən neçə tələbə məzun olur? - AÇIQLANDI

Təhsil

20 İyun 2025, 15:34

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetdən (ADPU) filallar və Pedaqoji Kollec da daxil olmaqla ümumilikdə 4400-dən çox tələbənin məzun olması gözlənilir.

Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bu il ADPU-dan məzun olanların 2623 nəfəri Bakıda (2347 nəfəri bakalavr, 276 nəfəri magistr), 998 nəfəri filallarda, 788 nəfəri isə Pedaqoji Kollecdə təhsil alan tələbələrdir. Onların içərisində 37 nəfər ADPU-CVU magistr ikili diplom proqramı, 26 nəfər SABAH magistratura proqramları, 45 nəfər isə bakalavrait səviyyəsi üzrə SABAH qruplarının məzunlarıdır.

ADPU-nun bakalavr məzunlarından 1353 nəfəri magistraturaya ixtisas seçimi hüququ əldə edib. Universitetin builki məzunlarından 50 nəfəri xarici ölkələrin nüfuzlu universitetlərinə magistratura təhsili üçün müraciət edib və bu say artmaqdadır.

Eləcə də növbəti tədris ili üçün ADPU-nun qəbul planı artaraq bakalavriat səviyyəsində 2705 yerə (filialllarla birgə 3605 yer), magistratura səviyyəsində isə 608 yerə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB