Modern.az

Soçi Olimpiadasında qızıl medal sayına görə Norveç liderliyi ələ aldı

Soçi Olimpiadasında qızıl medal sayına görə Norveç liderliyi ələ aldı

Təhsil

20 Fevral 2014, 10:30


Soçidə keçirilən Qış Olimpiya oyunlarında Norveç idmançıları qazandıqları qızıl medalların sayına görə liderliyə yüksəlib. Modern.az saytının məlumatına görə, bu ölkənin olimpiyaçıları bu günə qədər 9 qızıl, 4 gümüş, 7 bürünc (cəmisi 20 medal) qazanıblar. Bir neçə gün qızıl medalların sayına görə lider olan Almaniya 8 qızıl, 3 gümüş və 4 bürünc medalla hələ ki ikincidir. ABŞ (7 qızıl, 5 gümüş, 11 bürünc) üçüncü, Rusiya 6 qızıl, 9 gümüş, 7 bürünc medalla dördüncü sıradadır. İlk beşlikdəki Hollandiya olimpiyaçıları 6 qızıl, 7 gümüş və 9 bürünc medal əldə ediblər. Altıncı yerdəki İsveçrənin 6 qızıl, 3 gümüş, 1 bürünc medalı var. Yeddinci olan Kanada 5 qızıl, 9 gümüş, 4 bürünc medal qazanıb. İlk onluqda Belarus (5 qızıl, 1 bürünc), 4 qızıl medalla Polşa və Fransa (3 qızıl, 2 gümüş,  6 bürünc) da var.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU