Modern.az

Müəllimlərin sertifikasiya qaydalarında dəyişiklik ediləcək? - Rəsmi CAVAB

Müəllimlərin sertifikasiya qaydalarında dəyişiklik ediləcək? - Rəsmi CAVAB

Təhsil

21 İyun 2025, 12:10

“Sertifikatlaşdırma prosesi ümumilikdə 5 illik dövrü əhatə edir. Artıq bu prosesin ilk ilindən etibarən 3 il geridə qalıb və hazırda dördüncü il davam edir. Proses əvvəlki illərdə olduğu kimi, bu il də eyni qaydalarla həyata keçirilir”.

Modern.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyada yayımlanan “Xəbərimiz var” verilişində qonaq olarkən səsləndirib.

Onun sözlərinə görə, bu müddət ərzində sertifikatlaşdırma prosesinə cəlb olunan bütün təhsil işçiləri – yəni müəllimlər üçün mövcud qaydalarda heç bir dəyişiklik edilməyib. Çünki qaydaların dəyişdirilməsi əvvəlki illərdə imtahan verən müəllimlərə qarşı haqsızlıq ola bilər:

“Buna görə də mövcud qaydalar qüvvədə saxlanılır. Yalnız 5 illik dövr tamamlandıqdan sonra ehtimal olunur ki, müəyyən dəyişikliklər gündəmə gələ bilər. Həmin vaxt yeni qaydaların müəyyənləşdirilməsi nəzərdən keçiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU