Modern.az

Mehman Əliyev: "Milli Şuranın iclasında daha hay-küy olmur"

Mehman Əliyev: "Milli Şuranın iclasında daha hay-küy olmur"

20 Fevral 2014, 11:01

“Milli Şurada hər şey qaydasındadır. Fikir verdinizsə, iki saat ərzində sessiya yekunlaşdı. Hər şey müsbətə doğru gedir”.

Bunu Modern.az-a “Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyev deyib. O bildirib ki, Milli Şuradakı proses kontruktiv istiqamətdə  gedir. Əvvəlkilərdən fərqli olaraq, dünənki iclasda ittihamlar səsləndirilmədi, hay-küy salınmadı. Bu, müsbət haldır. Konkret olaraq, görüləcək işlərlə bağlı söhbətlər gedir. Milli Şura çərçivəsində müzakirələr aparılır. Hesab edirəm ki, qurumdakı vəziyyət qənaətbəxşdir. Belə davam edərsə, Milli Şura işlək quruma çevriləcək”.

Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyası fevralın 19-da keçirilib.

İlkin

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU