2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlanıb.
MÜTDA-dan Modern.az-a bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.
Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.